Liviyada Haftarın qüvvələrinin qurbanları olan 10 nəfərin qalıqları aşkarlanıb

Liviyada Haftarın qüvvələrinin qurbanları olan 10 nəfərin qalıqları aşkarlanıb Liviyanın şimal-qərbindəki Tarxun şəhəri ərazisində insanların öldürülərək kütləvi şəkildə dəfn edildiyi məzarlıqda daha 10 nəfərin qalıqları aşkarlanıb.
Digər ölkələr
9 Avqust , 2021 02:25
Liviyada Haftarın qüvvələrinin qurbanları olan 10 nəfərin qalıqları aşkarlanıb

Liviyanın şimal-qərbindəki Tarxun şəhəri ərazisində insanların Xəlifə Haftarın tərəfdarları tərəfindən öldürülərək kütləvi şəkildə dəfn edildiyi məzarlıqda daha 10 nəfərin qalıqları aşkarlanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya hökuməti yanında qurbanların axtarışı və eyniləşdirməsi üzrə idarədən bildirilib.

Həlak olanların şəxsiyyətləri hələ müəyyən olunmayıb.

Qeyd edilir ki, 2020-ci il iyunun 5-dən bu günə kimi Tarxun şəhəri ərazisində ümumilikdə 55 kütləvi məzarlıq aşkarlanıb.

İyulda qurbanların axtarışı və eyniləşdirməsi üzrə idarədə kütləvi məzarlıqda 15 nəfərin qalıqlarların aşkar edilməsi haqqında bildiriblər.

Son xəbərlər

Orphus sistemi