Livan Prezidenti hökuməti istefaya göndərib

Digər ölkələr
  • 30 oktyabr, 2022
  • 09:58
Livan Prezidenti hökuməti istefaya göndərib

Livan Prezidenti Mişel Aun mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökuməti istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cedid" telekanalı məlumat yayıb.

Dövlət başçısı yeni kabinetin yaradılması haqqında fərmanı Baş nazir Nəcib Mikati ilə fikir ayrılığına görə imzalamayıb.

Bundan əvvəl bildirilirdi ki, Aun iqamətgahı rəsmi olaraq oktyabrın 31-də başa çatacaq səlahiyyət müddətinin bitməsinə bir gün qalmış tərk edəcək.