Litva qanunsuz miqrantları sərhəddən sıxışdırıb çıxarmaqdan vaz keçmək niyyətində deyil

Digər ölkələr
  • 04 dekabr, 2023
  • 19:43
Litva qanunsuz miqrantları sərhəddən sıxışdırıb çıxarmaqdan vaz keçmək niyyətində deyil

Litva sərhədi qanunsuz keçməyə çalışan miqrantların sıxışdırılıb çıxarılması praktikasını dayandırmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə Baltikyanı ölkənin daxili işlər naziri Aqne Bilotayte söyləyib.

“Bu gün deməyə bütün əsaslarımız var ki, qanunsuz miqrant axını onları sərhəddən sıxışdırıb çıxarmaq taktikası sayəsində dayandırılıb. Biz bundan əl çəkməyəcəyik”, – DİN rəhbəri deyib.

Nazirin sözlərinə görə, qərarın düzgünlüyünü qonşu Aİ ölkələrinin də sonradan eyni yolu tutması təsdiqləyir: “Biz indi Finlandiyada oxşar prosesləri müşahidə edirik. Nə qədər ki ölkələrimizə qanunsuz miqrantlardan istifadə edərək təzyiq edilir, biz qərarlarımızı dəyişmək niyyətində deyilik”.

44 filmi