Bakı. 1 aprel. REPORT.AZ/ Cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı Türkiyə-Suriya sərhədinin bağlanması zəruriliyi haqqında məsələni müzakirəyə çıxarıb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
O bildirib ki, bu məsələ tədbirlərin tezliklə razılaşdırılmasını tələb edir.
"Sergey Lavrov növbəti dəfə diqqəti Türkiyə-Suriya sərhədinin "yırtıq" olması və bizdə olan məlumatlara görə, yaraqlıların Türkiyədən Suriyaya keçirilməsi üçün fəal şəkildə istifadə olunmasına yönəldib. Ciddi şəkildə Türkiyə-Suriya sərhədinin bağlanmasının zəruri olduğunu və bunun eləcə də, BMT Təhlükəsizlik Şurası vasitəsi ilə zəruri tədbirlərin tezliklə razılaşdırılmasını tələb etməsi haqqında məsələ qoyduq", - deyə XİN-ın məlumatında bildirilir.
Nazirlikdən qeyd ediblər ki, Lavrov və Kerrinin telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.