Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq. “Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb O bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı davam edən müharib
Digər ölkələr
23 Yanvar , 2023 16:35
Latviya  Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq

Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

O bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə etiraz olmaqla yanaşı, həm də Estoniya ilə həmrəylik əlamətidir.

Nazir, həmçinin Rusiyadan da oxşar addımı tələb edəcəyini qeyd edib.

Xatırladaq ki, Rusiya və Estoniya bir-birilərinin səfirlərini ölkədən çıxarırlar. Hər iki dövlət bunun üçün qarşı tərəfə fevralın 7-dək vaxt verib.

Son xəbərlər

Orphus sistemi