Las-Veqasda atışma nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Digər ölkələr
  • 02 oktyabr, 2017
  • 22:44
Las-Veqasda atışma nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Las-Veqasda (Nevada ştatı) silahlı insident nəticəsində ölənlərin sayı 59 nəfərə, yaralıların sayı isə 527-yə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Las-Veqas şəhərinin şerifi Cozef Lombardo bazar ertəsi mətbuat konfransında bildirib.

"Yaralıların sayı artıb və 527 nəfər təşkil edir. Ölənlərin sayı isə hazırda 59 nəfərə çatıb", - deyə o qeyd edib.

44 filmi