Kuleba Stoltenberqlə Ukraynanın NATO yolunda növbəti addımlarını müzakirə edib

Digər ölkələr
  • 29 avqust, 2023
  • 18:48
Kuleba Stoltenberqlə Ukraynanın NATO yolunda növbəti addımlarını müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukraynanın Alyansa gedən yolda gələcək addımlarını, uyğunlaşdırılmış illik milli proqramı və Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı eksdə bildirib.

“Yens Stoltenberqlə Ukraynanın NATO-ya doğru növbəti addımları barədə danışdım. Uyğunlaşdırılmış illik milli proqramı və Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə etdik. Mən həmçinin Baş katibə Ukraynanın ilk Müdafiə Sənayesi Forumuna hazırlığı barədə bilgiləndirib”, - Kuleba sosial şəbəkədə qeyd edib.