Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb
Digər ölkələr
- 18 avqust, 2022
- 20:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb.
“Report” xəbər verir ki, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb.
“Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, - nazirliyin saytında bildirilir.
Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın itkin düşdüyü bildirilib.
Neft anbarında yanğın avqustun 5-də 25 min kubmetr neftin olduğu səkkiz çəndən birinə ildırım düşməsindən sonra başlayıb. Avqustun 7-də ikinci rezervuar partlayıb, üçüncü çənə ciddi ziyan dəyib, yanğın daha sonra dördüncü rezervuara keçib.
Son xəbərlər
07:13
Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın başlayıb
Hadisə
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr