Kot-d'İvuarda naməlum xəstəlik 10-dan çox uşağın ölümünə səbəb olub

Digər ölkələr
  • 26 yanvar, 2023
  • 18:44
Kot-d'İvuarda naməlum xəstəlik 10-dan çox uşağın ölümünə səbəb olub

Kot-d'İvuarın mərkəzində yerləşən kənddə son iki ayda azı 12 uşaq naməlum xəstəlikdən ölüb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir.

Mütəxəssislərin toxuma nümunələri üçün götürdüyü analizlər hələ ki xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib.