Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes istefa verib.
“Report” bu barədə “New Jersey Globe” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, o istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoruna təqdim edib.
Xatırladaq ki, R.Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.
Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.
“Report” xəbər verir ki, bu barədə “New Jersey Globe” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də təqdim edəcəyi gözlənilir. Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.