Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı

Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı Cənubi Afrika Respublikasının (CAR) genetikləri yeni koronavirusun yayılmasının ikinci dalğası zamanı ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Digər ölkələr
19 Dekabr , 2020 02:39
Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı

Cənubi Afrika Respublikasının (CAR) genetikləri koronavirusun yayılmasının ikinci dalğası fonunda ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bundan əlavə, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 501.V2 adlandırılan yeni növ birinci dalğa ilə müqayisədə daha sürətlə yayılır, əsasən gənclər arasında ağır COVID-19-a səbəb olur.

CAR-ın Səhiyyə naziri Zveli Mxize bildirib ki, koronavirusun yeni növünün narahatlıqlara səbəb olmasına baxmayaraq, hazırda əhalinin təlaşa düşməsi üçün səbəb yoxdur. O, qoruyucu maska və əlcək taxmaq, həmçinin koronavirus pandemiyasına görə tətbiq edilmiş başqa qaydalara riayət etmək zərurətini xatırladıb.

Son xəbərlər

Orphus sistemi