Yuxarı

Konqresmenlər ABŞ dövlət katibindən İrana 1,7 milyard dollar ödənilməsinə aydınlıq gətirməsinə tələb edib

Respublikaçılar Partiyasının bəzi nümayəndələri bunu İranın beş ABŞ məhbusunu sərbəst buraxmasının qarşılığı hesab edir

Bakı. 11 mart. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri dövlət katibi Con Kerridən rəsmi Tehranla nüvə sazişi imzalandıqdan sonra İrana 1,7 milyard dollar ödənilməsinə aydınlıq gətirməsinə tələb edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının bəzi nümayəndələri hətta bunu İranın beş ABŞ məhbusunu sərbəst buraxmasının qarşılığı hesab edir.

Məsələn, Konqresdə Respublikaçılar Partiyasının nümayəndəsi olan İleana Ros-Leytinen terror məsələləri üzrə alt komitənin rəhbəri Ted Po və Nümayəndələr Palatasının 52 üzvü ilə birgə C.Kerriyə məktub göndərib. Məktubda Amerika xalqının prezident Barak Obama administrasiyasının sanksiyaların ləğvindən sonra 100 milyard dollar məbləğində olan hesabları bərpa etməsindən sonra ABŞ-ın İrana 1,7 milyard dollar ödənilməsinə nəyin təkan verdiyini bilməyə haqqının çatdığı vurğulanır.

Qeyd edək ki, daha əvvəl C.Kerriyə bənzər müraciətlə Birləşmiş Ştatların Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin sədri, respublikaçı Ed Roys çıxış etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi