Kolumbiyada emalatxanada güclü partlayış olub, ölənlər var

Digər ölkələr
  • 11 may, 2019
  • 06:06
Kolumbiyada emalatxanada güclü partlayış olub, ölənlər var

Kolumbiyanın paytaxtı Boqota şəhərində emalatxanada güclü partlayış olub.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

30 yaralıdan 18-i yaxınlıqdakı məktəbin şagirdləridir. Partlayış nəticəsində yaxınlıqdakı digər 17 binaya da ziyan dəyib.

Emalatxanada "tejo" milli oyunu üçün barıtdan da istifadə edilən avadanlıq hazırlanırmış. 

44 - Tezliklə