Bakı. 21 may. REPORT.AZ/ Göyərtəsində 1 tonn kokain olan yüngül mühərrikli "Hawker" təyyarəsi Kolumbiya hərbi-hava qüvvələrinin qırıcı təyyarəsi tərəfindən saxlandıqdan sonra Karib dənizinə düşüb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Qaçaqmalçı pilot aradan çıxmaq istəıyib, lakin mühərriklərdən biri sıradan çıxıb və o, dənizə düşüb.
Kolumbiya hərbçiləri iddia edirlər ki, kokain Venesualadan Mərkəzi Amerika ölkələrinin birinə yollanırdı.
Hər il Kolumbiyadan ABŞ və Avropaya təxminən 300 tonn kokain göndərilir. Narkotiklərin satışından əldə olunan gəlir Kolumbiya narkomafiyası və yarım əsrə yaxın ölkə hökuməti ilə silahlı mübarizə aparan "FARK" qruplaşması üzvləri olan qiyamçı marksistlərin maliyyələşdirilməsinə gedir.