KİV: “Taliblər” ABŞ və NATO-ya kömək etmiş əfqanları axtarırlar

KİV: “Taliblər” ABŞ və NATO-ya kömək etmiş əfqanları axtarırlar Radikal “Taliban” hərəkatının üzvləri Əfqanıstanda ABŞ-la və NATO-la əməkdaşlıq etmiş yerli sakinlərin axtarışlarını aktivləşdirdilər.
Digər ölkələr
20 Avqust , 2021 01:51
KİV: “Taliblər” ABŞ və NATO-ya kömək etmiş əfqanları axtarırlar

Radikal “Taliban” hərəkatının üzvləri Əfqanıstanda ABŞ və NATO ilə əməkdaşlıq etmiş yerli sakinlərin axtarışlarını aktivləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə Norveçin Qlobal Analiz Mərkəzinin BMT üçün hazırlanmış sənədinə istinadən “The New York Times” qəzeti bildirib.

Nəşrin informasiyasına əsasən, “taliblər”də belə insanların adları və ünvanlarının siyahısı var. “Taliban” nümayəndələri evlərə gedir və ya müəyyən şəxsləri saxlayırlar. Hərəkatın silahlıları həmçinin həmin əfqanları təslim olmayacaqları təqdirdə ailə üzvlərinin həbsi və ya qətli ilə hədələyirlər.

Ən böyük təhlükə ilə əfqan hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və devrilmiş hökumətin istintaq bölmələrində işləmiş şəxslər üzləşiblər.

Son xəbərlər

Orphus sistemi