KİV: Makron etimad səsverməsindən yayınmaq üçün müxalifətə güzəştə getməyə hazırdır

KİV: Makron etimad səsverməsindən yayınmaq üçün müxalifətə güzəştə getməyə hazırdır Fransa Prezidenti Emmanuel Makron müxalifət nümayəndələri ilə hökumətə etimadsızlıq səsverməsinə başlamamaları vədi müqabilində təklif etdikləri bir sıra tədbirləri həyata keçirmək üçün danışıqlar aparır.
Digər ölkələr
5 Avqust , 2024 13:30
KİV: Makron etimad səsverməsindən yayınmaq üçün müxalifətə güzəştə getməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron müxalifət nümayəndələri ilə hökumətə etimad səsverməsinə başlamamaları vədi müqabilində təklif etdikləri bir sıra tədbirləri həyata keçirmək üçün danışıqlar aparır.

"Report"un məlumatına görə, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən yazır.

“O, qapıları bağlamır... Hökumətin istefasına səbəb ola biləcək etimad səsverməsinin lehinə səs verməmək vədi müqabilində müəyyən sayda tədbirlərlə bağlı sövdələşmələr müzakirə oluna bilər”, - deyən mənbə söhbətin hansı tədbirlərdən getdiyini açıqlamayıb.

Avropa Parlamentinə iyunda keçirilən seçkilərdə sağçılar böyük dəstək qazandıqdan sonra Makron növbədənkənar seçkilər elan edib. Seçkilərin birinci turu iyunun 30-da baş tutub.

İkinci turda solçu Yeni Xalq Cəbhəsi koalisiyası qalib gəlib. Emmanuel Makronun “Birlikdə!” bloku ikinci, Marin Le Penin lidüeri olduğu sağçı Milli Birlik partiyası isə üçüncü olub.

Son xəbərlər

Orphus sistemi