KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsini elan etdi

KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsini elan etdi Koreya Xalq Demokrati Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığı haqqında bildirib.
Digər ölkələr
234
16 İyun , 2021 08:23
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsini elan etdi
Kim Çen In

Koreya Xalq Demokrati Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığı haqqında bildirib.

“Report” xəbər verir ki, bu barədə "Nodon sinmun" qəzeti məlumat yayıb.

"Ötənilki tufanın vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib, bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranır", - Şimali Koreya lideri deyib.

Kim Çen Inın sözlərinə görə, koronavirusla əlaqədar karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında "əhalinin geyim, qidalanma və evlə təminatı üçün mübarizənin uzanmasına gətirib çıxarıb".

Bundan başqa, Kim Çen In partiyanı və Şimali Koreyanın xalqını yeni "çətin yürüşə" hazır olmağa çağırıb. Koreya Xalq Demokratik Respublikası tarixində bu termin XX əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ölkə kütləvi aclıq səbəbindən ağırlaşan ağır iqtisadi böhrandan əziyyət çəkib.

Son xəbərlər

Orphus sistemi