KİV: İranın yüksək rütbəli zabiti İraqda öldürülüb  

KİV: İranın yüksək rütbəli zabiti İraqda öldürülüb   “RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib.
Digər ölkələr
30 Noyabr , 2020 23:56
KİV: İranın yüksək rütbəli zabiti İraqda öldürülüb  

“RT Arabic” telekanalı İraqdakı mənbələrə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib.

“Report” xəbər verir ki, onun Suriya ilə sərhəddə öldürüldüyü xəbər verilib.

“Al-Arabiya” telekanalı iddia edib ki, Şahdan bir gün əvvəl axşam "Al-Kaim" nəzarət-buraxılış məntəqəsindən keçib, onun maşını sonra pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Zərbə nəticəsində SEPAH komandirindən başqa onu müşayiət edən 3 nəfər də həlak olub.

Öz növbəsində Livan telekanalı “Al-Mayadeen”in mənbələri Şahdanın qətli haqqında xəbərləri təkzib edib.

Son xəbərlər

Orphus sistemi