Fransada parlament seçkilərində 185 nəfər namizədliyini geri götürüb

Fransada parlament seçkilərində 185 nəfər namizədliyini geri götürüb Fransada "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından və solçu "Yeni Xalq Cəbhəsi"dən deputatlığa namizədlər sağçı “Milli Birlik” partiyasının çox səs toplamasının qarşısını almaq üçün namizədliklərini geri götürüblər.
Digər ölkələr
2 İyul , 2024 12:31
Fransada parlament seçkilərində 185 nəfər namizədliyini geri götürüb

Fransada "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından və solçu "Yeni Xalq Cəbhəsi"dən deputatlığa namizədlər sağçı “Milli Birlik” partiyasının çox səs toplamasının qarşısını almaq üçün namizədliklərini geri götürüblər.

"Report" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

“Hesablamalarımıza görə, 185 namizəd seçkilərdə iştirakdan imtina edib", - qəzet qeyd edib.

Solçu "Yeni Xalq Cəbhəsi"dən 121, "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından 60 və digər partiyaların bir neçə namizədi ikinci turda iştirakdan imtina edib.

Partiyalar ikinci tura namizədlərin yekun siyahılarını çərşənbə axşamı saat 18:00-a qədər təqdim etməlidirlər.

Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, parlament seçkilərinin birinci turunda “Milli Birlik” partiyası respublikaçılar partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15 % səs toplayıb, bununla da onlar parlamentdəki 577 yerdən 270-ni qazanıblar. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,99%, Emmanuel Makronun koalisiyası isə 20,04% səs toplayıb. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi