Makron yeni hökumətin qurulması ilə bağlı gərginliyə rəğmən NATO sammitinə gedəcək - YENİLƏNİB

Makron yeni hökumətin qurulması ilə bağlı gərginliyə rəğmən NATO sammitinə gedəcək - YENİLƏNİB Fransa Prezidenti Emmanuel Makron NATO sammitinə səfərini ləğv etmək məcburiyyətində qala bilər.
Digər ölkələr
9 İyul , 2024 18:29
Makron yeni hökumətin qurulması ilə bağlı gərginliyə rəğmən NATO sammitinə gedəcək - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron yeni kabinetin formalaşdırılması və parlamentdə əsas vəzifələrin bölüşdürülməsi zərurəti ilə bağlı müxalifətin və tərəfdarlarının təzyiqlərinə baxmayaraq, NATO sammitinə səfərindən vaz keçmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Daha əvvəl nəşr bildirib ki, Prezident həqiqətən də ABŞ-yə səfərini ləğv edib-etməməyi düşünür və onun ətrafındakılar bu ssenarini birbaşa təkzib etmirdilər. Lakin məqalənin dərcindən sonra Yelisey Sarayı dövlət başçısının mütləq NATO sammitinə gedəcəyini qeyd edib.

15:54

Fransa Prezidenti Emmanuel Makron NATO sammitinə səfərini ləğv etmək məcburiyyətində qala bilər.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdən sonra yeni hökumətin formalaşdırılması üçün müxalifətin təzyiqidir.

Son xəbərlər

Orphus sistemi