KİV: Bayden Trampa sui-qəsd cəhdindən sonra ləyaqətlə istefa vermək şansı qazanıb
Digər ölkələr
- 14 iyul, 2024
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin hazırkı prezidenti Cozef Bayden Donald Trampa sui-qəsd cəhdindən sonra ləyaqətlə istefa vermək və demokratlara dövlət başçısı vəzifəsinə daha bir namizədi elan etmək şansı qazanıb.
"Report" xəbər verir ki, bu fikir Avstriyanın “Die Presse” qəzetinin şərhində yer alıb.
Şərhdə deyilir ki, Cozef Baydenin nizamlı şəkildə istefa vermək və Ağ Evi ləyaqətlə tərk etmək imkanı qazanıb.
Məqalə müəllifinin fikrincə, mitinqdə baş verən atışmadan sonra Tramp “vəzifə üçün ömürlük namizəd” imicini qazanacaq, Bayden isə “kövrək və yaşlı” prezident kimi qəbul ediləcək.
“Bundan sonra Tramp çox güman ki, əvvəllər ona şübhə ilə yanaşan bəzi müstəqil seçiciləri özünə cəlb edəcək”, - şərhdə vurğulanır.
Son xəbərlər
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region