KİV: Almaniya hökuməti “talibançılar”la gizli danışıqlar aparıb
Digər ölkələr
- 01 avqust, 2021
- 15:56
Almaniya Federativ Respublikası hökumətinin nümayəndələri iyulun 31-də Qətərin paytaxtı Dohada radikal “Taliban” hərəkatının üzvləri ilə gizli danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Almaniyanı danışıqlarda Əfqanıstan və Pakistan üzrə xüsusi səlahiyyətli nümayəndə Yasper Vik təmsil edib.
Görüş Almaniya Federativ Respublikasının Federal Kəşfiyyat Xidməti tərəfindən hazırlanıb və ABŞ-la razılaşdırılıb.
Görüşdə Almaniyanın Əfqanıstandakı humanitar təşkilatlarının işçilərinin təhlükəsizliyinə zəmanət və Əfqanıstanda beynəlxalq əməliyyatda iştirak edərkən Bundesverə və alman federal polisinə yardım edən ölkə vətəndaşlarının vəziyyəti müzakirə edilib.
Son xəbərlər
22:03
Türkiyədə 4.7 maqnitudalı zəlzələ baş verib
Region21:53
Amerika Prezidenti: Müxalifət lideri Venesuelanın rəhbəri ola bilməz
Digər ölkələr21:43
General Keyn: Venesuelada əməliyyatın hazırlanması bir neçə ay çəkib
Digər ölkələr21:23
Ərdoğan: 2025-ci ildə ixracatımız 273,4 milyard dollara çatıb
Region21:15
ABŞ Venesuela neftinin tədarükünə embarqonu davam etdirəcək
Digər ölkələr21:09
Tramp: Yeni hakimiyyət qurulana qədər ABŞ Venesuelada qalacaq
Digər ölkələr21:00
Tramp Maduronun ABŞ gəmisindəki fotosunu paylaşıb
Digər ölkələr20:47
Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik
Region20:44
Foto