KİV: Tramp Cənubi Koreya və Yaponiya liderlərini KXDR-lə sammitə buraxmağı planlaşdırmır

KİV: Tramp Cənubi Koreya və Yaponiya liderlərini KXDR-lə sammitə buraxmağı planlaşdırmır Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarla Şimali Koreya arasında keçiriləcək sammitə Cənubi Koreya və Yaponiya liderlərini buraxmaq istəmir.
Digər ölkələr
1 İyun , 2018 07:35
KİV: Tramp Cənubi Koreya və Yaponiya liderlərini KXDR-lə sammitə buraxmağı planlaşdırmır

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarla Şimali Koreya arasında keçiriləcək sammitə Cənubi Koreya və Yaponiya liderlərini buraxmaq istəmir.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ-ın prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Sinqapurda keçiriləcək sammitdə Cənubi Koreya və Yaponiya liderlərinin iştirakı mümkünlüyündən danışarkən qəzetə bildiriblər ki, ABŞ prezidenti həmkarlarını KXDR lideri ilə kənar məsafədə saxlamaq istəyir.

Qeyd edilir ki, bu, Trampın KXDR lideri ilə daha etibarlı münasibətlər qurması üçün təkbətək danışıqlar aparmaq niyyəti ilə də əlaqəli ola bilər.

Tramp daha əvvəl bildirib ki, Kim Çen Inla bir görüş bütün məsələləri müzakirə etmək üçün kifayət etmir.

Son xəbərlər

Orphus sistemi