Yuxarı

​KİV: Naməlum şəxslər Paris yaxınlığındakı ticarət mərkəzində 10 nəfəri girov götürüb - ƏLAVƏ OLUNUB

Böyük ehtimalla, hadisənin silahlı soyğunçuluq olduğu güman edilir

Bakı. 13 İyul. REPORT.AZ/ Bir neçə nəfər naməlum silahlı  şəxs bazar ertəsi səhər saatlarında Parisin mərkəz bölgəsində yerləşən "Primark" ticarət mərkəzinə basqın edib və orada gizlənib. Ticarət mərkəzində 10 nəfərə yaxın insan olduğu bildirilir. 

Bu barədə "Report" France-Presse agentliyinə istinadən xəbər verir.

Cinayətkarların hansı tələbləri irəli sürdüyü haqda hələ məlumat verilmir. Böyük ehtimalla, hadisənin silahlı soyğunçuluq olduğu güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi