Kerry: “Rusiya ilə Suriyada sülhə dair ilkin razılıq əldə edilib”
Digər ölkələr
- 21 fevral, 2016
- 14:35
Bakı. 21 fevral. REPORT.AZ/ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Kerry bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.
Bundan öncə o, Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.
Kerry-nin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.
ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil.
Son xəbərlər
08:32
Foto
Video
Yevlaxda baş vermiş yanğınlar söndürülüb - YENİLƏNİB
Hadisə08:19
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:42
Çində yol qəzasında altı yanğınsöndürən ölüb
Digər ölkələr07:15
ABŞ naməlum uçan obyektlərlə əlaqəli materialları açıqlamaq niyyətindədir
Digər ölkələr06:49
İtaliyanın Baş naziri: Ukraynanın ərazi məsələsinin həlli hələ çox uzaqdadır
Digər ölkələr06:18
ABŞ Ukraynaya göstərilən yardımın məbləğini 44 dəfə azaldıb
Digər ölkələr05:37
KXDR ordusu 600 mm-lik çoxsaylı buraxılış raket sistemlərinin böyük bir partiyasını alıb
Digər ölkələr05:17
Çin, İran və Rusiya Yaxın Şərqdə hərbi təlimlər keçirəcək
Digər ölkələr04:52