Keniyada xəstəxana divarının uçması nəticəsində ana və 4 övladı ölüb

Digər ölkələr
  • 09 may, 2017
  • 00:57
Keniyada xəstəxana divarının uçması nəticəsində ana və 4 övladı ölüb
Associated Press

Bakı. 9 may. REPORT.AZ/ Bazar ertəsi leysan yağışları nəticəsində Keniyanın Mombasa şəhərində yerləşən xəstəxanalardan birinin divarı uçub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər öülb.

"Ölənlər arasında 5-15 yaş aralığında 4 uşaq və onların anaları var. Daha bir ölən isə yerli iş adamıdır", — deyə şəhər polisinin nümayəndəsi Lukas Oqara bildirib.

Polisin məlumatına görə, ölənlərin hamısı xəstəxana yaxınlığında yerləşən evlərin sakinləri olublar. Hadisə nəticəsində evlər də dağılıb.