Keniyada etirazçılar paytaxt Nayrobidəki parlament binasına soxulublar, etiraz aksiyaları zamanı 10 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, azı 50 nəfər yaralanıb.
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın bacısı Keniyada keçirilən etiraz aksiyaları zamanı gözyaşardıcı qazın tətbiq olunması zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə onun özü CNN telekanalında məlumat verib.
“Onlar bizə qarşı gözyaşardıcı qazdan istifadə etdilər. Yanımızda ancaq bayraqlar və bannerlər var idi. Bu gənclərin başqa heç nələri yoxdur. Onlara qarşı gözyaşardıcı qazdan necə istifadə edə bilərlər?”, - o bildirib.
Keniyada parlament binasına girmək istəyən üç etirazçı polis tərəfindən güllələnib.
“Report” xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, etirazçılar polis avtomobilini yandırıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, etirazlara səbəb vergi artımıdır.
Bildirilib ki, zərərçəkənlərin sayı azı 200 nəfərdir.