Keniya Prezidenti bir sıra nazirləri təyin edib

Keniya Prezidenti bir sıra nazirləri təyin edib Keniya prezidenti Uilyam Ruto yeni daxili işlər naziri, kənd təsərrüfatı, investisiya, ticarət və sənaye naziri və informasiya, rabitə və rəqəmsal iqtisadiyyat nazirlərini təyin edib.
Digər ölkələr
20 Dekabr , 2024 05:38
Keniya Prezidenti bir sıra nazirləri təyin edib

Keniya Prezidenti Uilyam Ruto yeni daxili işlər naziri, kənd təsərrüfatı, investisiya, ticarət və sənaye naziri və informasiya, rabitə və rəqəmsal iqtisadiyyat nazirlərini təyin edib.

"Report"un məlumatına görə, bu barədə "Star" qəzeti xəbər yayıb.

Qeyd edilir ki, Daxili İşlər Nazirliyinə sabiq gənclər, kreativ iqtisadiyyat və idman naziri Kipçumba Merkomen rəhbərlik edəcək. O, bu ilin oktyabrında ölkənin vitse-prezidenti olmuş Kiture Kindikini əvəzləyəcək.

Keçmiş səhiyyə naziri Mutahi Kaqve kənd təsərrüfatı və heyvandarlıq naziri, Li Kinyanjui isə İnvestisiya, Ticarət və Sənaye Nazirliyinə rəhbərlik edəcək. Keçmiş investisiya və ticarət naziri Salim Mvuria gənclər, kreativ iqtisadiyyat və idman naziri vəzifəsinin səlahiyyətlərini yerinə yetirəcək. İnformasiya, Rabitə və Rəqəmsal İqtisadiyyat Nazirliyinə Uilyam Kaboqo rəhbərlik edəcək. Kaqve, Kinyanjui və Kaboqo Keniyanın əvvəlki prezidenti Uhuru Kenyattanın administrasiyasında da çalışıblar.

Son xəbərlər

Orphus sistemi