Katalonya parlamenti əyalətin müstəqilliyini elan edib

Katalonya parlamenti əyalətin müstəqilliyini elan edib İçəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar
Digər ölkələr
27 Oktyabr , 2017 17:20
Katalonya parlamenti əyalətin müstəqilliyini elan edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətinin parlamenti birtərəfli qaydada əyalətin müstəqilliyini elan edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib.

Məlumata görə, içəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar.

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib. 

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də müstəqilliklə bağlı “referendum” keçirilib. İspaniya hökuməti, BMT-nin üzvü olan dövlətlər, Avropa İttifaqı və BMT referendumun nəticələrini tanımayıb. 

Son xəbərlər

Orphus sistemi