Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

Digər ölkələr
  • 21 avqust, 2017
  • 15:45
Kataloniyada polis  ölüm kəməri geymiş terrorçu-kamikadzeni  məhv edib

Bakı. 21 avqust. REPORT.AZ/ Polis Barselonanın Subirats yaşayış məntəqəsində "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Cadena Ser" radiostansiyası məlumat yayıb.

 O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması ilə əlaqədar aparılan xüsusi əməliyyat  zamanı aşkar edilib.  

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

44 - Tezliklə