Venesuelada İspaniyanın 3 jurnalisti saxlanılıb

Venesuelada İspaniyanın 3 jurnalisti saxlanılıb Bakı. 31 yanvar. REPORT.AZ/ İspaniyanın EFE agentliyinin 3 müxbiri Venesuelada tutulub.
Digər ölkələr
195
31 Yanvar , 2019 13:56
Venesuelada İspaniyanın 3 jurnalisti saxlanılıb
Reuters

Bakı. 31 yanvar. REPORT.AZ/ İspaniyanın EFE agentliyinin 3 müxbiri Venesuelada tutulub.

“Report” “İnterfax”a istinadaən xəbər verir ki, məlumatı EFE agentliyi yayıb.

“Hakimiyyət Venesuelanın paytaxtı Karakasda EFE agentliyinin 3 jurnalistini tutub”, - agentlik bildirib.

Agentlik bir müddət əvvəl Kolumbiyadan olan əməkdaşı, fotomüxbir Leonardo Munosanın itkin düşdüyü barədə məlumat yaymışdı. Leonardo Munosa Venesueladakı hadisələri işıqlandırırmış. Onunla birlikdə sürücü də itkin düşüb.

Onlardan əvvəl isə Çilinin TVN telekanalının jurnalistləri Rodriqo PeresQonsalo Baraona da Venesueladan reportaj yayımlayarkən tutulmuşdu. Onlar bir müddət saxlanıldıqdan sonra ölkədən deportasiya ediliblər. Venesuelalı jurnalistlər çilili həmkarları ilə birlikdə tutulublar. Onların taleyindən hələlik məlumat yoxdur. Bundan başqa, Fransanın TF1 telekanalının “Quotidien” proqramının iki fransalı jurnalisti də Karakasda tutulublar.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo Venesuelanın müvvəqəti Prezidenti elan olunub.

Son xəbərlər

Orphus sistemi