Yuxarı

Karakasda yenidən partlayışlarla müşayiət olunan toqquşmalar başlayıb - VİDEO - FOTO

​Karakasda partlayışlarla müşayiət olunan toqquşmalar olub - VİDEO
Qumbara və gözyaşardıcı qazlı bombalar partladılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın TVV telekanalı "Twitter"də məlumat verib.

"Petare bölgəsində güclü partlayışlar və körpüdə toqquşmalar olub", - telekanalın məlumatında deyilir.

Bir sıra KİV qumbara və gözyaşardıcı qazlı bombalar partladıldığını yazıb.

Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi