Kanadada təyyarə yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

Digər ölkələr
  • 10 may, 2019
  • 19:28
Kanadada təyyarə yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

Kanadada təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

"Report" xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Məlumata görə, hadisə Toronto şəhərinin beynəlxalq aeroportunda, gecə saatlarında baş verib. "Bombardier DHC - 8-300" təyyarəsi pis hava səbəbindən hava limanına qayıdarkən yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 3 ekipaj üzvü və 2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

44 - Tezliklə