Kanadada karantin rejimini pozan 10 mindən çox şəxs cərimələndi

Kanadada karantin rejimini pozan 10 mindən çox şəxs cərimələndi Kanada polisi koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən qadağaları pozan 10 mindən çox şəxsə cərimə tətbiq edib.
Digər ölkələr
25 İyun , 2020 08:29
Kanadada karantin rejimini pozan 10 mindən çox şəxs cərimələndi

Kanada polisi koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən qadağaları pozan 10 mindən çox şəxsə cərimə tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə “CBC” məlumat yayıb.

Qeyd olunub ki, 1 apreldən 15 iyuna qədər qaydaların pozulmasına görə 13 milyon Kanada dolları ( 10 milyon ABŞ dolları) məbləğində cərimə yazılıb.

Cərimələrin çoxu Kvebek (77%), Ontario (18%) və Yeni Şotlandiya (3%) əyalətlərinin sakinlərinə yazılıb.

Xatırladaq ki, Kanadada ilk koronavirus infeksiyasına yoluxma yanvarın 15-də qeydə alınıb. Bu müddət ərzində ölkədə 102 mindən çox insan virusa yoluxub. Müalicə alan 8,4 min xəstə ölüb, 65 min pasiyent sağalıb. 

Son xəbərlər

Orphus sistemi