Kanadada insanlara bir neçə dəfə hücum edən şəxs yaxalanıb

Kanadada insanlara bir neçə dəfə hücum edən şəxs yaxalanıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Kanadanın Edmonton şəhərinin (Alberta vilayəti) polisi insanlara bir neçə dəfə bıçaqla hücum etmiş şəxsi saxlayıb.
Digər ölkələr
19 Sentyabr , 2018 05:27
Kanadada insanlara bir neçə dəfə hücum edən şəxs yaxalanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Kanadanın Edmonton şəhərinin (Alberta vilayəti) polisi insanlara bir neçə dəfə bıçaqla hücum etmiş şəxsi saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan 24 yaşlı şəxs birinci dəfə ətrafdakılara şəhərin qərbində, metroda hücum edib. O, 19 yaşlı gəncin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cinayətkar daha sonra kiçik mağazanın işçisinə hücum edib. İşçinin yaralanıb-yaralanmaması barədə xəbər verilmir.

Cinayətkar daha sonra qadın sürücüyə hücum edib. Lakin sürücü dərhal avtomobili tərk edib. Hücum edən şəxs isə qaçaraq gizlənib. O, az müddət sonra polis tərəfindən saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi