Kanadanın Ottava Şəhər Planlaşdırma Komitəsi Kraliça Yuliana Memorial Parkının yerində dayanacaq tikintisinə icazə verib.
“Report”un xəbərinə görə, bu barədə
Qeyd edilir ki, yaxınlıqdakı xəstəxananın ərazisinin genişləndirilməsi və yeni dayanacağın tikintisinə başlanıla bilər, lakin yekun layihə yalnız 2028-ci ilə qədər hazır olacaq. Eyni zamanda, 2024-cü ilə qədər tibb ocağının yanında dayanacağın tikintisi də nəzərdə tutulub.
Xatirə parkı İkinci Dünya Müharibəsi zamanı Hollandiyanın faşizmdən azad edilməsi zamanı həlak olmuş kanadalıların xatirəsinə yaradılıb. O zaman Hollandiya taxtının varisi olmuş Yuliana işğal zamanı ailəsi ilə birlikdə Kanadaya köçüb və xalqı işğalçılara qarşı bir araya gətirməyin simvoluna çevrilib.
Ekofəallar Kanada paytaxtı hökumətinin qərarından narazılıqlarını bildiriblər.
“Bu park İkinci Dünya Müharibəsində həlak olmuş kanadalı əsgərlərin qurbanlarının xatirəsini yad etmək, həmçinin Kanada və Hollandiya xalqları arasında yaxşı münasibətlərin əlaməti olaraq salınıb. Şəhər şurasının qərarı hökumətin açıqladığı rahat və yaşıl şəhər mühitinin yaradılması siyasətinə birbaşa ziddir”, - Yaşıllar Partiyasından olan deputat Elizabet Mey bildirib.