Kanadada atışma olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 06 may, 2020
  • 22:46
Kanadada atışma olub, ölən və yaralananlar var

Kanadanın Alberta əyalətində baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Blekfalds şəhərində qeydə alınıb. Belə ki, polis əməkdaşları silahlı insidentlə bağlı çağırış üzrə hadisənin qeydə alındığı evə gəliblər. Naməlum silahlı patrul əməkdaşlarına atəş açıb və ətrafdan keçən bir nəfəri ağır yaralayıb. 

Cinayətkar avtomobillə hadisə yerini tərk etməyə nail olsa da, onun maşını aşağı sürətli şose yolda polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman 27 yaşlı silahlı asayiş keşikçilərinə atəş açıb və cavab atəşi ilə öldürülüb. Hadisə zamanı həmçinin bir polis əməkdaşı da yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır, təfərrüatlar açıqlanmır. 

44 filmi