Kanadada 50-ə yaxın avtomobil toqquşub

Digər ölkələr
  • 07 fevral, 2018
  • 22:28
Kanadada 50-ə yaxın avtomobil toqquşub

Bakı. 8 fevral. REPORT.AZ/ Kanadada 50-ə yaxın avtomobil şose yolda toqquşub.

"Report" xəbər verir ki, bu barədə TASS yerli mətbuata istinadən məlumat yayıb.

Qeyd edilir ki, kütləvi yol-nəqliyyat hadisəsi Monrealda baş verib. Hadisə zamanı 1 nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıb. 

Toqquşmanın baş verdiyi yol bağlanıb. 

44 - Tezliklə