Kanada polisi Toronto şəhərində insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib

Digər ölkələr
  • 24 iyul, 2018
  • 00:34
Kanada polisi Toronto şəhərində insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib

Bakı. 24 iyul. REPORT.AZ/ Kanada polisi Toronto şəhərində insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib.

"Report"un Life.ru-ya istinadən verdiyi məlumata görə, Toronto sakini 29 yaşlı Feysəl Hüsey şəhərin mərkəzində insanlara atəş açıb.

Nəticə 10 və 18 yaşlarında olan uşaq ölüb, 13 nəfər yaralanıb. Atəş açan şəxs polis tərəfindən məhv edilib. İlkin məlumatlara görə, Feysəl Hüseyn ruhi xəstəlikdən əziyyət çəkib.