Kanada öz ordusunu Əfqanıstanda saxlamaq istəyir

Kanada öz ordusunu Əfqanıstanda saxlamaq istəyir Kanada G7 tərəfdaşlarına avqustun 31-dən sonra Əfqanıstandakı qoşunlarını saxlamağa hazır olduğunu açıqlayıb.
Digər ölkələr
24 Avqust , 2021 22:10
Kanada öz ordusunu Əfqanıstanda saxlamaq istəyir

Kanada G7 tərəfdaşlarına avqustun 31-dən sonra Əfqanıstandakı qoşunlarını saxlamağa hazır olduğunu açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

"Kanada müəyyən edilmiş son tarixdən - 31 avqustdan sonra da qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır", - Trüdo bildirib.

Xatırladaq ki, avqustun 23-də “Taliban” qruplaşması ABŞ qoşunlarının ölkəni tərk etməsi üçün son tarixi açıqlayıb.

“31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”, - qeyd edilib.

Son xəbərlər

Orphus sistemi