Kamboca Baş nazirinin partiyası parlament seçkilərində inamlı qələbə qazanıb

Kamboca Baş nazirinin partiyası parlament seçkilərində inamlı qələbə qazanıb İyulun 23-də Kambocada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) inamlı qələbə qazanıb.
Digər ölkələr
24 İyul , 2023 07:13
Kamboca Baş nazirinin partiyası parlament seçkilərində inamlı qələbə qazanıb

İyulun 23-də Kambocada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) inamlı qələbə qazanıb.

“Report” xəbər verir ki, bu barədə “Khmer Times” partiyanın sözçüsü Sok Eysana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, KXP seçkilərdə səslərin təxminən 78-80 %-ni qazanıb:

“Milli Assambleyada yerlərin bölgüsü ilə bağlı hələlik heç bir nəticə yoxdur, lakin deyə bilərəm ki, hakim Kamboca Xalq Partiyası inamlı qələbə qazanıb”.

Qeyri-rəsmi nəticələrə görə, 7-ci çağırış parlamentin aşağı palatasındakı 125 yerdən 120-ni KXP, “Müstəqil, neytral, sülhsevər və əməkdaşlıq edən Kamboca Uğrunda Milli Cəbhə” partiyası isə beş yer qazanacaq.

Kamboca Milli Seçki Komitəsinin məlumatına görə, səsverməyə 8 milyon 177 min 53 nəfər, yəni səsvermə hüququna malik vətəndaşların 84,21 %-i qatılıb.

Son xəbərlər

Orphus sistemi