Kaliforniyada polisə hücum zamanı şerifin iki müavini yaralandı
Kaliforniyada polisə hücum zamanı şerifin iki müavini yaralandıABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini şənbə günü silahlı hücum nəticəsində çoxsaylı güllə yaraları alıblar.
ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini şənbə günü silahlı hücum nəticəsində çoxsaylı güllə yaraları alıb.
"Report"un məlumatına görə, bubarədə dairəşerifininofisi"Twitter"də özsəhifəsində bildirib.
"Bizim şerifin iki müavini Komptonda(Los-Anceles dairəsində şəhər-red) güllə yaraları aldı və yerli xəstəxanaya çatdırılıb. Onların ikisi də həyatı uğrunda mübarizə aparmaqda davam edirlər", - xəbərdə deyilir.
Ofisin məlumatına görə, hadisə zərərçəkənlərin patrul avtomobilində əyləşən vaxt baş verib. Bu zaman pusquda dayanan şəxslər onlara hücum ediblər. Şerifin hər iki müavininin vəziyyəti ağırdır, onları cərrahi əməliyyat etmək lazım gəlib.
Patrul avtomobilinə hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.
Moments ago, 2 of our Sheriff Deputies were shot in Compton and were transported to a local hospital. They are both still fighting for their lives, so please keep them in your thoughts and prayers. We will update this thread with information as it becomes available.