Kaliforniyada yanğınlarla mübarizəyə 2,5 milyard dollardan çox vəsait ayrılıb
Digər ölkələr
- 24 yanvar, 2025
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Kaliforniya ştatının hakimiyyəti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Gevin Nyusom sosial şəbəkələrdə yazıb.
"Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və bərpa işlərinin başlanması üçün 2,5 milyard dollardan çox vəsaitin ayrılması barədə iki fərman imzaladım", - o qeyd edib.
Qeyd edək ki, yanğınlar nəticəsində 12,3 mindən çox tikili, o cümlədən məşhurların əmlakı yanıb. Son məlumatlara görə, 28 nəfər həlak olub. Los-Anceles dairəsində tüğyan edən yanğınların vurduğu iqtisadi zərər 250 milyard dolları ötüb.
Son xəbərlər
08:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.10.2026)
Maliyyə
08:34
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
Digər ölkələr
08:23
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:19
Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
İnfrastruktur
07:49
Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
07:31
ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Digər ölkələr
07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
Digər ölkələr
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr