Kabildə məsciddə törədilən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Kabildə məsciddə törədilən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB Bu barədə yerli polis məlumat yayıb
Digər ölkələr
14 May , 2021 15:45
Kabildə məsciddə törədilən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Kabilin Şəkər Dərə dairəsində yerləşən Hacı Bəxşi Məscidində cümə namazı vaxtı törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 15 nəfər də yaralanıb.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə yerli polisin verdiyi məlumata görə ölənlər arasında məscidin imamı müftü Numan da var..

14.17

Kabilin Şəkər Dərə dairəsindəki məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox yaralı var.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, Hacı Bəxşi Məscidinin içərisində gizlədilən bombanın partlaması nəticəsində xəsarət alanlar arasında məscidin imamı da olub.

Yerli mənbələr hadisə nəticəsində azı 10 nəfərin öldüyünü bildirir. Bu hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Xatırladaq ki, bu gün hökumətlə “Taliban" hərəkatı arasında imzalanmış üçgünlük atəşkəsin ikinci günüdür. Ötən gün atəşkəsin birinci günündə ölkənin Pərvan əyalətində də bir məscidin Ramazan bayramı namazı zamanı atəşə tutulması nəticəsində 8 nəfər öldürülüb, 5 nəfər də yaralanıb.

Son xəbərlər

Orphus sistemi