Jozep Borrell Livana səfərinin məqsədini açıqlayıbAvropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Qəzza müharibəsinin Livan və bölgəyə təsiri ilə bağlı Beyrutda əhəmiyyətli görüşlər keçirəcəyini açıqlayıb.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Qəzzadakı müharibənin Livan və bölgəyə təsiri ilə bağlı Beyrutda əhəmiyyətli görüşlər keçirəcəyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Bu çətin vaxtda dəstək göstərmək üçün Livana qayıtmaqdan şadam. Qəzzadakı müharibənin Livan və bölgəyə təsiri ilə bağlı əhəmiyyətli görüşlər olacaq", - diplomat bildirib.
J.Borrell əsas məqsədin regional gərginliyin qarşısını almaq olduğunu qeyd edib:
"Prioritet regional gərginliyin qarşısını almaq, həmçinin İsrail, Fələstin və regionda ədalətli və dayanıqlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədilə diplomatik səyləri inkişaf etdirməkdir".
Happy to be back in Lebanon to show support during these difficult times.
Will have important meetings on the impact of the Gaza war on Lebanon and the region.