İsveç nümayəndəsi: “NATO-ya üzvlüklə bağlı Türkiyə ilə razılığa gəlməyimizə hələ çox var”
- 14 iyun, 2023
- 16:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlardakı nümayəndəsi Oskar Stenström Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra tərəflərin razılığa gəlməsinə hələ çox qaldığını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, tərəflərin İsveçin Alyansa üzvlük məsələsindəki irəliləyişləri müzakirə etdikləri danışıqlar davam etdiriləcək.
“Lakin biz hədəfdən uzağıq. Düzgün istiqamətdə addımlar atmışıq. Söhbət bir daha İsveçin təxminən bir il əvvəl Madriddə imzalanmış memorandumu nə dərəcədə yaxşı yerinə yetirməsindən, xüsusən də İsveçin Kürd Fəhlə Partiyası (PKK) və terrorla nə dərəcədə yaxşı mübarizə aparmasından getdi”, - isveçli rəsmi izah edib.
O bildirib ki, İsveç yeni antiterror qanunvericiliyi sazişi üzrə bütün öhdəliklərini yerinə yetirir. O.Stenström Türkiyə tərəfinə İsveçin memorandumun bəzi hissələrini yerinə yetirdiyini və PKK ilə mübarizəyə daha çox diqqət yetirdiyini izah edib: “Biz xoş atmosferdə nahar etdik və tezliklə yenidən görüşməklə bağlı razılaşdıq”.