İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur

İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur Fələstinin HƏMAS hərəkatı yanvarın 3-də Dohada Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.
Digər ölkələr
3 Yanvar , 2025 23:52
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur

Fələstinin “HƏMAS” hərəkatı yanvarın 3-də Dohada Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi saytında dərc olunub.

“Bu gün Qətərin paytaxtı Dohada Qəzza ilə bağlı dolayı danışıqlar bərpa olunur, bu danışıqlar zamanı tam atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması və köçkünlərin öz evlərinə qayıtması müzakirə olunacaq”, - bəyanat mətnində bildirilib.

“HƏMAS”ın bəyanatında tərəflərin görüş zamanı Qəzzada saxlanılan israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələsinin gündəmə gətirməyi barədə məlumat verilmir.

Qeyd edək ki, bir gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərinə Fələstin anklavında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün yaxın vaxtlarda Qətərə getməyi tapşırıb.

“The Times of Israel” İsrail nümayəndə heyətinin yanvarın 3-də Qətərin paytaxtına uçacağını bildirib. Xatırladaq ki, Dohada İsrail nümayəndələrinin iştirakı ilə danışıqların sonuncu raundu 2024-cü ilin sonunda baş tutub.

Son xəbərlər

Orphus sistemi