İsrailin müxalifət liderləri Netanyahu ilə dialoqa razılaşıblar

İsrailin müxalifət liderləri Netanyahu ilə dialoqa razılaşıblar İsrailin aparıcı müxalifət partiyalarının rəhbərləri Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisə doğuran məsələləri üzrə dialoq təklifinə razılaşıblar. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Yeş Atid” partiyasının sədri, par
Digər ölkələr
28 Mart , 2023 00:05
İsrailin müxalifət liderləri Netanyahu ilə dialoqa razılaşıblar

İsrailin aparıcı müxalifət partiyalarının rəhbərləri Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisə doğuran məsələləri üzrə dialoq təklifinə razılaşıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Yeş Atid” partiyasının sədri, parlament müxalifətinin lideri, 2022-ci ilin dekabrına qədər hökumətə rəhbərlik etmiş Yair Lapid Netanyahunun islahatların dayandırılması ilə bağlı bəyanatından sonra dialoqa hazır olduğunu bildirib.

“Əgər proses tamamilə və həqiqətən də dayanarsa, biz prezident iqamətgahında tam hüquqlu dialoqa başlamağa hazırıq, - Lapid deyib.

O vurğulayıb ki, dövlət başçısı hər iki tərəfdə etimad yaradan dialoq mexanizmini müəyyənləşdirməli və ədalətli vasitəçi kimi çıxış etməlidir.

Müxalifət blokunun lideri, keçmiş müdafiə naziri Benni Qantz da Netanyahunun islahatları dayandırmaq qərarını alqışlayıb: "Danışıqlara gəlmək niyyətindəyəm. Kimisə tabe etmək niyyəti ilə deyil, uğur qazanmaq məqsədilə dialoqa hazıram".

Siyasi partiyaların dialoq təklifinə müsbət cavabı İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin məhkəmə islahatının təsdiqini azı yaya qədər dayandıracağını bəyan etməsindən sonraya təsadüf edib.

Son xəbərlər

Orphus sistemi