İsraildə yeni hökumətin formalaşdırılacağı tarix açıqlanıb

İsraildə yeni hökumətin formalaşdırılacağı tarix açıqlanıb Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq.
Digər ölkələr
9 Noyabr , 2022 16:27
İsraildə yeni hökumətin formalaşdırılacağı tarix açıqlanıb

İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq.

“Report” xəbər verir ki, bunu “The Jerusalem Post” yazıb.

Məlumata görə, ölkənin Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib. Birinci yeri “Likud” Partiyası tutub. Bu siyasi təşkilatın lideri B.Netanyahu noyabrın 13-də hökuməti qurmaq üçün İsrail Prezidenti İsaak Hersoqdan rəsmi mandat alacaq.

İsrail qanunlarına əsasən, B.Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.

Xatırladaq ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi