İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub

İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub İsrailin Təl-Əviv məhkəməsi “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.
Digər ölkələr
8 Dekabr , 2021 01:28
İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub
Telman İsmayılov

İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.

"Report" “Kommersant”a istinadən xəbər verir ki, bu barədə VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidməti məlumat yayıb.

“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bankın mətbuat xidmətindən bildiriblər.

Telman İsmayılov özü hazırda Monteneqrodadır və Rusiya hakimiyyəti onun ekstradisiyasını tələb edir. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.

Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur.

Son xəbərlər

Orphus sistemi